...

Bağdad hava limanı raket atəşinə tutulub

Dünya xəbərləri Materials 28 Yanvar 2022 17:56 (UTC +04:00)
Bağdad hava limanı raket atəşinə tutulub

Bakı. Orxan Nəbiyev - Trend:

İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı atəşə tutulub.

Trend-in məlumatına görə, bu barədə ölkənin təhlükəsizlik qüvvələrinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, hava limanı ərazisinə altı raket buraxılıb. Raketlərin uçuş-eniş zolağının və aeroport binasının yaxınlığına düşdüyü deyilir. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Hazırda insidentlə bağlı araşdırmalar aparılır. Bağdadın qərbindəki Əbu-Qreyb rayonunda raket qurğusu aşkar edilib.

Atəşin kimlər tərəfindən açıldığı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti