...

Rusiyada bir gündə 113 mindən çox şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 29 Yanvar 2022 13:30
Rusiyada bir gündə 113 mindən çox şəxs koronavirusa yoluxub

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 113 122 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 98 040 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,61 milyonu ötüb.

Eyni zamanda, son sutkada 668 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 673 nəfər idi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 330 111 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti