...

Avstriyada qar uçqunları 9 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 5 Fevral 2022 20:23 (UTC +04:00)
Avstriyada qar uçqunları 9 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Avstriyada son 24 saat ərzində qar uçqunları nəticəsində 9 nəfər həlak olub.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, üç müxtəlif qar uçqunu hadisəsində 8 nəfər ölüb. Bu hadisələrdən birində İsveç vətəndaşları və onların avstriyalı bələdçisi həlak olub.

Tirol federal torpağının hakimiyyəti qar uçqunu nəticəsində bir nəfərin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib.

Səlahiyyətlilər dağa çıxanlara hələ də qar uçqunu təhlükəsi olduğu barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti