...

ABŞ Polşaya daha 3 min hərbi qulluqçu göndərir

Dünya xəbərləri Materials 12 Fevral 2022 00:56 (UTC +04:00)
ABŞ Polşaya daha 3 min hərbi qulluqçu göndərir

Bakı. Trend:

Əlavə 3000 ABŞ hərbi qulluqçusunun gələn həftənin əvvəlinə qədər Polşada yerləşdirilməsi gözlənilir.

Trend xəbər verir ki, bunu TASS agentliyinə Pentaqonun yüksək rütbəli nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Müdafiə Naziri Lloyd Ostin bu gün ABŞ-ın 82-ci Hava Desant Diviziyasından daha 3000 əsgərin Polşaya göndərilməsi göstərişini verib.

"Onlar yaxın bir neçə gün ərzində Şimali Karolina ştatında yerləşən Fort Braqq bazasını tərk edərək təyinat nöqtəsinə yola düşəcəklər.

Mənbə, əlavə ABŞ qüvvələrinin Polşaya müvəqqəti yerləşdiriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti