...

ABŞ-da silahlı şəxs ətrafdakılara hücum edib, xeyli sayda yaralı var

Dünya xəbərləri Materials 14 Fevral 2022 06:03 (UTC +04:00)
ABŞ-da silahlı şəxs ətrafdakılara hücum edib, xeyli sayda yaralı var

Bakı. Trend:

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində bıçaqla silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli polis departamenti "Twitter" hesabında məlumat verib.

"Polis əməkdaşları yeddi mümkün cinayət törədilən ərazidə araşdırma aparır. Bıçaqlı hücum nəticəsində 11 nəfər xəsarət alıb. Onların hamısının vəziyyəti stabildir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs tək olub və hazırda nəzarət altındadır", - məlumatda bildirilir.

Yerli KRQE News 13 telekanalı xəbər verir ki, şəxs şəhərin müxtəlif yerlərində ətrafdakı insanlara hücum edib. O, insanlara xəsarətləri iri bıçaqla velosipedlə hərəkətdə olarkən yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti