...

Türk Hava Yolları İstanbula planlaşdırılan bəzi səfərlərini təxirə salıb

Dünya xəbərləri Materials 9 Mart 2022 02:41 (UTC +04:00)
Türk Hava Yolları İstanbula planlaşdırılan bəzi səfərlərini təxirə salıb

Bakı. Trend:

Türkiyədə martın 10-a proqnozlaşdırılan əlverişsiz və yağıntılı hava şəraiti səbəbindən İstanbula ediləcək bəzi təyyarə səfərləri təxirə salınıb.

Trend xəbər verir ki, bununla bağlı Türk Hava Yolları (THY) aviaşirkətindən açıqlama verilib.

Məlumatda qeyd edilib ki, martın 10-da İstanbulun “İstanbul” və “Sabiha Gökçən” hava limanlarına enməsi və bu aeroportlardan qalxması planlaşdırılan bəzi səfərlər təxirə salınıb.

THY bu aeroportlardan səfər edəcək sərnişinlərinə şirkətinin rəsmi səhifəsindən reysləri ilə bağlı məlumat almağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti