...

Hulusi Akar rusiyalı və ukraynalı həmkarları ilə telefonla danışıb

Dünya xəbərləri Materials 12 Mart 2022 00:18 (UTC +04:00)
Hulusi Akar rusiyalı və ukraynalı həmkarları ilə telefonla danışıb

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyalı və Ukraynalı həmkarları Sergey Şoyqu və Aleksey Reznikovla telefon danışığı aparıb.

Bu barədə Trend Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Rusiyalı həmkarı ilə telefon danışığı zamanı H.Akar Rusiya limanlarında Türkiyəyə yola düşmək üçün gözləyən mülki gəmilərin təhlükəsiz şəkildə getməsinə və humanitar təxliyə dəhlizinin açılmasına dəstək verilməsinin vacibliyini vurğulayıb.

Türkiyəli nazir daha çox insan tələfatının qarşısının alınması üçün Ukraynada təcili atəşkəsin vacibliyini də vurğulayıb.

O, həmçinin Türkiyənin humanitar yardımın göstərilməsinə hər cür töhfə verməyə çalışdığını və regionda sülhün təmin olunmasına bundan sonra da töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

H.Akar ukraynalı həmkarı ilə danışıqlarda ən qısa zamanda atəşkəs rejiminin elan edilməsinin və mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açıq saxlanmasının vacibliyini qeyd edib.

Bundan əlavə, o, Türkiyənin Ukraynaya humanitar yardımın çatdırılmasına və sülhün bərqərar olmasına töhfə verməyə davam edəcəyini bir daha vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti