...

Moskvada maska rejimi ləğv edilir

Dünya xəbərləri Materials 14 Mart 2022 16:44 (UTC +04:00)
Moskvada maska rejimi ləğv edilir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş maska rejimi ləğv edilir.

Trend-in məlumatına görə, bunu paytaxtın meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, martın 15-dən etibarən Moskvada qoruyucu maska taxmaq tələbi ləğv olunacaq. Bundan başqa, müəssisə və təşkilatlarda tələb olunan bəzi addımlar, işçilərin qızdırmalarının ölçülməsi, iş yerlərlərində işçilər arasında arakəsmələrin qoyulması tələbi də aradan qaldırılır.

Qeyd edək ki, Moskvada mağaza və nəqliyyatda, müəssisə və ictimai məkanlarda maska taxmaq tələbi 2020-ci il mayın 12-də qüvvəyə minmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti