...

Quantanamo həbsxanasında 20 ilə yaxın cəza çkmiş Əlcəzair vətəndaşı ölkəsinə qaytarılıb

Dünya xəbərləri Materials 3 Aprel 2022 08:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Quantanamodakı (Kuba) Hərbi Dəniz Qüvvələrinin bazasında 20 ilə yaxın həbsdə olan əlcəzairli Süfyan Barhumini vətəninə göndərib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilimiş bəyanatda deyilir.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar Əlcəzairin və digər tərəfdaşların məhbusların sayının azaldılması üçün düşünülmüş və hərtərəfli prosesin həyata keçirilməsi üçün davam edən səyləri dəstəkləmək istəyini yüksək qiymətləndirir.

Öz növbəsində Əlcəzair ABŞ-ı əmin edib ki, respublikada Barxumiyə qarşı humanist münasibət göstəriləcək. Bundan əlavə, mümkün təhlükə riskini azaltmaq üçün təhlükəsizlik tədbirləri görüləcək.

Əlcəzair vətəndaşının repatriasiyası ilə bağlı yekun qərarı 4 fevral 2022-ci ildə ABŞ Müdafiə naziri Lloyd Ostin verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti