...

İran ABŞ-a nüvə sazişindən çıxmayacağına dair zəmanət verməli olduğunu bildirib

Dünya xəbərləri Materials 10 Aprel 2022 20:26 (UTC +04:00)
İran ABŞ-a nüvə sazişindən çıxmayacağına dair zəmanət verməli olduğunu bildirib

Bakı. Trend:

Vyana danışıqları zamanı kompromis əldə olunarsa, Amerika tərəfi nüvə sazişindən çıxmayacağına zəmanət verməlidir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin prezidentə ünvanlanmış müraciətində deyilir.

Vurğulanır ki, danışıqlarda ABŞ nüvə sazişindən çıxmayacağına dair hüquqi zəmanət verməlidir və bu ABŞ-ın əsas hökumət qurumları tərəfindən təsdiqlənməlidir.

Müraciət 250 millət vəkili tərəfindən imzalanıb.

Xatırladaq ki, Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını ilkin formada bərpa etmək, ABŞ-ı bu çoxtərəfli razılaşmaya qaytarmaq məqsədi ilə aparılan və səkkiz raunddan ibarət olan danışıqlardan sonra martın 11-də xarici amillərlə bağlı fasilə elan olunub.

Bundan əvvəl Vyana danışıqları yekunlaşmağa çox yaxın və fevralın sonuna qədər başa çatmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti