...

Hindistanda kimya zavodunda partlayış baş verib

Dünya xəbərləri Materials 11 Aprel 2022 10:29 (UTC +04:00)
Hindistanda kimya zavodunda partlayış baş verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın qərbindəki Qucarat ştatında kimya zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı altı nəfər həlak olub.

Bundan başqa, xəsarət alanların da olduğu deyilir.

Qeyd olunur ki, partlayışdan sonra zavod ərazisində yanğın başlayıb. Hazırda yanğının böyük hissəsinin qarşısının alındığı deyilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti