...

Əlcəzair və İtaliya enerji sahəsində iki razılaşma imzalayıblar

Dünya xəbərləri Materials 12 Aprel 2022 02:48 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Əlcəzairin paytaxtında bu ölkə ilə İtaliya arasında enerji sahəsində iki razılaşma imzalanıb.

Trend xəbər verir ki, bu barədə "Algeria Press Service" agentliyi xəbər yayıb.

Əlcəzairdən İtaliyaya qaz tədarükü ilə bağlı olan birinci razılaşma "Sonatrach" dövlət neft-qaz şirkətinin baş direktoru Taufik Hakkar və İtaliyanın "Eni" şirkətinin baş direktoru Klaudio Deskaltsi arasında imzalanıb.

İkinci razılaşma enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Birgə Niyyət Bəyannaməsidir. Bu razılaşmanı Əlcəzairin prezidenti Abdelmacid Tebbun və İtaliyanın baş naziri Mario Draqinin iştirakı ilə XİN rəhbərləri Ramtan Lamamra və Luici Di Mayo imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti