...

Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 19 Aprel 2022 05:26 (UTC +04:00)
Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb

Bakı. Trend:

"Mançester Yunayted" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə futbolçu sosial şəbəkələrdə yazıb.

"Körpəmizin dünyasını dəyişdiyini dərin hüznlə bildirmək məcburiyyətindəyik. Bu, bir valideynin yaşaya biləcəyi ən böyük ağrıdır. Yalnız qızımızın dünyaya gəlməsi bizə bu anı ümid və xoşbəxtliklə yaşamaq üçün güc verir", - deyə K.Ronaldo yazaraq həkimlərə və tibb bacılarına "bütün qayğı və dəstəyə görə" təşəkkür edib.

Bundan əvvəl Ronaldo ailəsinin əkiz uşaq gözlədiyi barədə məlumat verilib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti