...

Yəməndə keçirilmiş əməliyyat zamanı əl-Qaidə komandiri zərərsizləşdirilib

Dünya xəbərləri Materials 24 Aprel 2022 00:33 (UTC +04:00)

Bakı. Trend:

"Əl-Qaidə" terror təşkilatının Yəməndə fəaliyyət göstərən qolunun yüksək səviyyəli komandiri şənbə günü ölkənin cənub-şərqindəki Hadramut əyalətində yerli təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, "Əl-Qaidə"-nin adı açıqlanmayan üzvü terror hücumlarında iştirak etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olub.

Təşkilatın Yəməndə fəaliyyət göstərən şəbəkəsi (AQAP) ölkənin cənub əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı hücumlar törədib.

AQAP Yəmən hökuməti ilə Husilər arasında uzun illər davam edən münaqişədən istifadə edərək ölkədə fəaliyyət şəbəkəsini genişləndirməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti