...

BMT "Azovstal"dan təxliyə əməliyyatını davam etdirir

Dünya xəbərləri Materials 1 May 2022 23:31 (UTC +04:00)
BMT "Azovstal"dan təxliyə əməliyyatını davam etdirir

Bakı. Trend:

BMT Mariupoldakı "Azovstal" zavodundan mülki şəxslərin təxliyəsi əməliyyatını davam etdirir və hamının təhlükəsiz çıxışını təmin etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano Abreu bildirib.

"Əməliyyat davam etdiyi üçün konvoyun mülki şəxslərin və humanitar əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün hazırda əlavə məlumat verməyəcəyik. BMT, həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək. BMT bu işi təmin etmək üçün tərəflərlə fəal şəkildə faəliyyət göstərir", - deyə S.Abreu qeyd edib.

Onun sözlərinə görə, əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Rusiya və Ukrayna ilə əlaqələndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti