...

Sloveniyada kimya zavodu partlayıb, 20-dən çox yaralı var

Dünya xəbərləri Materials 12 May 2022 13:48 (UTC +04:00)
Sloveniyada kimya zavodu partlayıb, 20-dən çox yaralı var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniyanın cənubundakı Koçevye şəhərində kimya zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 20-dən çox insan xəsarət alıb.

Ağır yanıq xəsarətləri alan iki nəfər paytaxt Lyublyanada xəstəxanaya aparılıb. Partlayış nəticəsində zavodun binasına ciddi ziyan dəyib.

Partlayışdan sonra zavodda yanğın başlayıb, bir müddət sonra yanğının qarşısını almaq mümkün olub.

Həmin zavod tikinti və tekstil sənayesi üçün qatran istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti