...

"Mercedes" 17 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 19 May 2022 14:18 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın "Mercedes-Benz" şirkəti Avstraliya bazarında 17 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin Avstraliya şöbəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, qərar əyləc sistemində mümkün nasazlıqlarla əlaqədar qəbul edilib. Şirkət rəhbərliyi avtomobil sahiblərini xidmət mərkəzlərinə müraciət etməyə çağırıb.

Geri çağırılma 2005-2013-cü illərdə istehsal olunmuş "ML-Class", "GL-Class" və "R-Class" modellərinə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti