Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, o, bu barədə Seulda Cənubi Koreya prezidenti Yun Sok Yöllə görüşü zaman deyib.
O əlavə edib ki, görüşün keçirilməsi Şimali Koreya rəhbərinin ciddi niyyətindən asılı olacaq.
Eyni zamanda, Cənubi Koreya prezidenti də Şimali Koreya ilə danışıqlara hazır olduğunu deyib.