...

Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

Dünya xəbərləri Materials 1 İyun 2022 05:02 (UTC +04:00)
Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 1-də ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda baş katib Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə edəcək.

"Dövlət katibi (Entoni Blinken - red.) Finlandiyalı həmkarı (Pekka Haavisto - red) ilə keçən həftəki görüşləri ​​də daxil olmaqla, bu barədə bir sıra danışıqlar aparıb. Bildiyiniz kimi, NATO-nun baş katibi Yens Stoltenberq sabah burada olacaq, gözlənildiyi kimi, bu da onunla təmasların mövzusu olacaq", - deyə N.Prays bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti