Bakı. Trend:
Çinin cənubundakı Quyçjou əyalətində sürət qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, qəzaya qəfil baş vermiş torpaq sürüşməsi səbəb olub.
Hadisə nəticəsində qatarın maşinisti həlak olub, azı səkkiz nəfər isə xəsarət alıb.
Bundan başqa, qatarda olan 136 nəfər təxliyə olunub. Hadisə ilə əlaqədar dəmir yolunun bir hissəsi hərəkət üçün bağlanıb.