...

Braziliyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı təsdiqlənib

Dünya xəbərləri Materials 9 İyun 2022 02:02 (UTC +04:00)
Braziliyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı təsdiqlənib

Bakı. Trend:

Braziliyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata əsasən, meymunçiçəyinə yoluxan şəxs 41 yaşlı San-Paulu sakinidir.

Bildirilir ki, sözügedən şəxs bir gün öncə İspaniyadan Brazilyaya qayıdıb. O, hazırda Emilio Ribas adına Yoluxucu Xəstəliklər İnstitutunda karantindədir.

Regional səhiyyə idarəsindən bildirilib ki, sözügedən şəxsdə ilk əlamətlər - qızdırma və əzələ ağrıları mayın 28-də qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti