...

Səudiyyə Ərəbistanının şahzadəsi Ərdoğanla görüşəcək

Dünya xəbərləri Materials 17 İyun 2022 18:19 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman iyun ayının 22-si Türkiyəyə rəsmi səfər edəcək.

Trend xəbər verir ki, TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, ikitərəfli və nümayəndə heyyətləri arasında keçiriləcək görüşdə əsasən Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı ikili əlaqələrin genişləndirilməsi müzakirə ediləcək.

Qeyd edək ki, bu, vəliəhd şahzadəsinin Türkiyəyə ilk rəsmi səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti