Bakı. Trend:
İspaniyada 1979-cu ildən bəri ilk dəfə vəbaya yoluxma faktı aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə İspaniya mətbuatı yazıb.
Qeyd olunur ki, xəstəliyə Toledo əyalətində fermaların birində krandan su içmiş qız yoluxub.
Onun xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hazırda həmin ferma bağlanıb. Mütəxəssislər fermadakı su quyusunda yoluxmanın olub-olmamasını araşdırır.