...

Osloda gecə klubunda atışma baş verib

Dünya xəbərləri Materials 25 İyun 2022 05:14 (UTC +04:00)
Osloda gecə klubunda atışma baş verib

Bakı. Trend:

Norveçin paytaxtı Oslo şəhərinin mərkəzində yerləşən "London pub" gecə klubunda atışma baş verib.

Trend "Aftenposten"a istinadən xəbər verir ki, atışma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Bildirilir ki, yaralananlardan üçünün vəziyyəti ağırdır, 12 nəfər isə yüngül xəsarətlər alıb.

Qeyd edilir ki, gecə saatlarında naməlum şəxs silahla kluba girib və insanlara atış açmağa başlayıb.

Sözügedən şəxs polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti