...

Britaniyanın Uels məsələləri üzrə naziri istefa verib

Dünya xəbərləri Materials 7 İyul 2022 04:39 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın Uels məsələləri üzrə naziri Saymon Hart baş nazir Bpris Consonun hökuməti ətrafında yaranan siyasi böhran fonunda istefa verib.

Trend xəbər verir ki, bu barədə S.Hart özünün "Twitter" səhifəsində yazıb.

"Mən heç vaxt dəyişikliyin ən yaxşı nazirlərin istefası ilə əldə olunduğu fikrinin güclü tərəfdarı olmamışam. Həmkarlar, həm açıq, həm də özəl olaraq, gəmini döndərməkdə sizə kömək etmək üçün əllərindən gələni etdilər, amma təəssüflənirəm ki, biz gəminin döndərilməsinin mümkün olduğu nöqtəni keçmişik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti