...

"Volvo Cars" Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir

Dünya xəbərləri Materials 9 İyul 2022 06:46 (UTC +04:00)

Bakı. Trend:

İsveçin avtomobil istehsalçısı "Volvo Cars" Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə "AFP" agentliyi şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata əsasən, "Volvo Cars" bu addımı ilə Aİ-nin 2035-ci ildən benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan etmək planına qarşı çıxan Avropadakı sənaye lobbisi ilə fikir ayrılığını nümayiş etdirmək üçün atıb.

"Volvo Cars" 2022-ci ilin sonunda Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edəcək. Diqqətli təhlildən sonra belə qənaətə gəldik ki, şirkətin davamlılıq sahəsində strategiyası və ambisiyaları Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının hazırkı mərhələdəki mövqeyinə və iş metodlarına tam uyğun gəlmir. Ona görə də biz indi başqa yolu seçməyin daha yaxşı olduğunu düşünürük", - deyə açıqlamada bildirilir.

Agentlik əlavə edir ki, 2030-cu ildən yalnız elektromobillər istehsal etməyi planlaşdıran İsveç nəhəngi ilin sonuna qədər Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk etmək niyyətini açıqlayan avtomobil istehsalçısı "Stellantis"dən nümunə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti