...

Nigeriyada qayığın aşması nəticəsində 17 nəfər ölüb

Dünya xəbərləri Materials 11 İyul 2022 01:37 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın cənubunda qayığın aşması nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin nümayəndəsi İbrahim Farinloy deyib.

"Axtarış işləri başa çatıb, 17 nəfərin cəsədi sudan çıxarılıb", - deyə İ.Farinloy bildirib.

Qayıq iyulun 8-də axşam saatlarında Laqos ştatı sahillərində aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti