...

Ankara Mosuldakı hücumuda iştirak edənlərin məsuliyyətə cəlb edilməsini gözləyir

Dünya xəbərləri Materials 28 İyul 2022 05:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi İraq rəsmilərindən Türkiyənin Mosul şəhərindəki Baş Konsulluğuna hücuma görə məsuliyyət daşıyanları dərhal məsuliyyətə cəlb etməyi tələb edib.

Trend xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.

"Biz İraq rəsmilərindən Türkiyənin Mosuldakı Baş Konsulluğuna edilən alçaq hücumda iştirak edənləri məsuliyyətə cəlb etmələrini gözləyirik", - deyə, nazirliyin açıqlamasında deyilir.

"Bu hücum dinc əhaliyə və mülki hədəflərə kimin hücum etdiyini bir daha nümayiş etdirdi. Gec-tez hücumu həyata keçirən terrorçular da tutularaq digər terrorçular kimi məsuliyyətə cəlb olunacaqlar", - bəyanatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti