Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Nümayəndələr Palatasının sədri Akil Salehi və Liviya Prezident Şurasının sədr müavini Abdulla əl-Ləfini qəbul edib.
Trend xəbər verir ki, Ankaradakı Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı formatda olub.
Qəbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da iştirak edib.