Bakı. Trend:
Fransa Milli Məclisi (parlamentin aşağı palatası) Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.
Trend xəbər verir ki, müvafiq qərar palatanın ötən gün axşam keçirilən iclasında qəbul edilib.
Parlamentarilərdən 209-u Finlandiya və İsveçin NATO-ya daxil olmasının lehinə, 46-sı isə əleyhinə səs verib.