...

Qərb Rusiya ilə Türkiyə arasında əməkdaşlığın dərinləşməsindən narahatdır

Dünya xəbərləri Materials 7 Avqust 2022 08:07 (UTC +04:00)
Qərb Rusiya ilə Türkiyə arasında əməkdaşlığın dərinləşməsindən narahatdır

Bakı. Trend:

Qərb Rusiya və Türkiyə liderlərinin Soçi görüşündən sonra Moskva ilə Ankara arasında əməkdaşlığın dərinləşməsindən narahatdır.

Trend xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

ABŞ və Avropa İttifaqı prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyat və ticarət sahəsində daha sıx əməkdaşlıq barədə bəyanatlarından təşvişə düşüb.

Avqustun 6-da Rəcəb Tayyib Ərdoğan Rusiya və Türkiyənin rublla ticarətə keçmək barədə razılığa gəldiyini bildirmişdi. Prezidentin sözlərinə görə, bu, “Moskva və Ankaraya pul gətirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti