Bakı. Trend:
Tunis sahillərində 30 qeyri-qanuni miqrantı daşıyan gəmi batması nəticəsində 6 nəfər həlak olub.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, batanlar arasında üç qadın və üç uşaq olub.
Sahil mühafizəsi, donanma və mülki müdafiə bölmələri 20 nəfəri xilas edə bilib. Qalanların axtarışları davam edir.