...

Nigeriyada leysan yağışları 60-dan çox insanın ölümünə səbəb olub

Dünya xəbərləri Materials 31 Avqust 2022 23:49 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində daşan Nqadabul çayından ən azı 15 cəsəd çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Nigeriyanın milli fövqəladə hallar agentliyinin nümayəndəsi Məhəmməd Usman deyib.

"Leysan yağışları Nqadabul çayında suyun artmasına səbəb olub. Borno ştatının paytaxtı Mayduquri şəhərinin inzibati sərhədlərində 15 nəfərin cəsədi sudan çıxarılıb", - deyə o bildirib.

Nigeriyanın şimal-şərqində bir neçə gündür leysan yağışları yağır. Leysan yağışları ölkənin bu bölgəsində sel və çoxsaylı sürüşmələrə səbəb olublar. Belə ki, Borno ilə qonşu olan Ciqava ştatının hakimiyyət orqanları avqustun 30-da daşqın nəticəsində 51 nəfərin öldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti