...

Ursula fon der Lyayenin Monteneqroya səfəri ləğv edilib

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 17:41 (UTC +04:00)
Ursula fon der Lyayenin Monteneqroya səfəri ləğv edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Monteneqroya planlaşdırılan səfəri kəskin hava şəraiti ilə əlaqədar ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə U.fon der Lyayev öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, hazırda AK sədri Serbiyanın paytaxtı Belqradda səfərdədir. Onun Belqraddan Monteneqroya uçuşu səhər saatlarında təxirə salınıb. Yekunda səfəri ləğv etmək qərara alınıb.

Yerli KİV-in məlumatına görə, qatı duman Belqrad hava limanından uçuşların yerinə yetirilməsinə mane olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti