...

Meksikada naməlum şəxslər polisin qətlindən sonra iğtişaşlar törədib

Dünya xəbərləri Materials 12 Noyabr 2022 02:36 (UTC +04:00)
Meksikada naməlum şəxslər polisin qətlindən sonra iğtişaşlar törədib

Bakı. Trend:

Meksikanın mərkəzindəki Quanaxuato ştatının Selaya şəhərində silahlı şəxslər polis əməkdaşlarına atəş açıb.

Trend-in məlumatına görə, bu barədə "El Universal" qəzeti xəbər verib.

Məlumata əsasən, silahlı hücum nəticəsində bir polis əməkdaşı həlak olub, ikisi yaralanıb.

Bu cinayətdə şübhəli bilinən 3 nəfərin tutulmasından qısa müddət sonra cinayətkarlar yanan avtomobillərlə bəzi bölgələrdə yolları bağlamağa başlayıblar. Onlar ən azı iki yük maşını və bir neçə avtomobili ələ keçirərək məhv ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti