...

İstanbuldakı partlayışla əlaqədar 46 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 14 Noyabr 2022 12:00 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda törədilmiş partlayışla əlaqədar saxlanılan şəxslərin sayı 46 nəfərə çatıb.

Trend-in "Yeni Şafak" qəzetinə istinadən məlumatına görə, bunu bu gün ölkənin ədliyyə naziri Bəkir Bozdağ jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, daha əvvəl 22 nəfərin saxlandığı bildirilmişdi.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti