...

Bayden Konqresdən Ukraynaya 37 milyard dollardan çox təcili yardım istəyir

Dünya xəbərləri Materials 16 Noyabr 2022 03:10 (UTC +04:00)
Bayden Konqresdən Ukraynaya 37 milyard dollardan çox təcili yardım istəyir

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya təcili yardım üçün 37 milyard dollardan çox vəsait ayırmağı istəyir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu vəsaitin 21,7 milyard dolları hərbi, kəşfiyyat və digər müdafiə sahəsinin dəstəklənməsinə, 14,5 milyard dollar humanitar yardıma və Ukrayna hökumətinin fəaliyyətinin dəstəklənməsinə, 900 milyon dolları səhiyyə və ABŞ-da yaşayan ukraynalıların dəstəyinə, 626 milyon dolları isə – Ukraynanın nüvə təhlükəsizliyini dəstəkləmək və neft məhsullarının strateji ehtiyatını modernləşdirmək üçün ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti