...

İstanbulda terror aktı ilə bağlı şübhəli bilinən daha 8 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 19 Noyabr 2022 21:38 (UTC +04:00)
İstanbulda terror aktı ilə bağlı şübhəli bilinən daha 8 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyə polisi noyabrın 13-də İstanbulda törədilən terror aktında əlaqəli olmaqda şübhəli bilinən daha 8 nəfəri saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "A Haber" televiziya kanalı hüquq-mühafizə orqanlarında olan mənbələrə istinadən bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər terrorçulara yardım etməkdə və onlara sığınacaq verməkdə şübhəli bilinirlər. Bundan əlavə, saxlanılan iki şəxs terror aktını törədən Suriya vətəndaşı Əhlam əl-Bəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə köməklik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti