...

İraq 2023-cü ildə neft ixracını artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 30 Noyabr 2022 00:42 (UTC +04:00)
İraq 2023-cü ildə neft ixracını artırmaq niyyətindədir

Bakı. Trend:

İraq gələn il neft ixracını sutkada 250 min barel (b/s) artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə İraqın "Somo" Dövlət Neft Şirkəti bildirib.

"Gələn ilin ikinci yarısının əvvəlində İraqın ixracatını sutkada 250 min barel (hazırki 3 milyon 350 min bareldən sutkada 3 milyon 600 min barelə qədər) artırmaq planı var", - deyə qeyd olunub.

Şirkətdən vurğulanıb ki, OPEC+ “ixrac məsələsi ilə heç bir əlaqəsi yoxdur” və İraq icazə verilən hasilat həcminə əsaslanaraq istənilən miqdarda neft ixrac edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti