...

ABŞ Avropada 100 min hərbçi saxlamağı planlaşdırır - Ağ Ev

Dünya xəbərləri Materials 15 Dekabr 2022 03:01 (UTC +04:00)
ABŞ Avropada 100 min hərbçi saxlamağı planlaşdırır - Ağ Ev

Bakı. Trend:

ABŞ Avropada hərbi varlığının hazırkı səviyyəsini saxlamaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Əsasən, bizim gördüyümüz işlər Baltikyanı ölkələrdə rotasiya əsasında baş verir. Polşaya gəlincə, mənim ABŞ-ın qüvvə və vasitələri balansındakı dəyişikliklərlə bağlı elan edəcəyim heç nə yoxdur", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, hazırda Avropada təxminən 100 min ABŞ hərbçisi var. ABŞ Ukraynada müharibə başlayandan sonra bu kontingentin sayını 20 min nəfər artırıb.

O, həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Vaşinqtonun “bu səviyyəni” gələcəkdə də sabit saxlamağı planlaşdırdığına dair son bəyanatlarına istinad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti