...

BMT "Twitter"də insan haqlarına əməl olunması məsələsindən narahatlığını bildirib

Dünya xəbərləri Materials 18 Dekabr 2022 03:09 (UTC +04:00)
BMT "Twitter"də insan haqlarına əməl olunması məsələsindən narahatlığını bildirib

Bakı. Trend:

"Twitter"in sahibi İlon Mask sosial şəbəkədə söz azadlığına hörmət etməkdən məsuldur.

Trend xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk yazıb.

Onun sözlərinə görə, platformada daha əvvəl bloklanmış jurnalistlərin hesablarının bərpası ilə bağlı xəbərlər sevindiricidir, lakin "ciddi narahatlıqlar qalmaqdadır".

"Twitter" insan haqlarını qorumaq üçün məsuliyyət daşıyır: İlon Mask söz azadlığı da daxil olmaqla, insan haqlarına hörmət edən <...> qərarlar qəbul etməyi öhdəsinə götürməlidir. Bundan azı deyil", - deyə V.Türk bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti