...

Ərdoğan 2023-cü ildə minimum əmək haqqının artacağını açıqlayıb

Dünya xəbərləri Materials 23 Dekabr 2022 06:50 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 2023-cü ildə minimum əmək haqqının artacağını açıqlayıb.

Trend xəbər verir ki, Türkiyə lideri həmkarlar ittifaqı nümayəndələrinin və maliyyə naziri Nurəddin Nəbatinin iştirak etdiyi mətbuat konfransında bildirib ki, gələn il yanvarın 1-dən minimum əmək haqqı xalis 8506 türk lirəsi (artım 54,66%) olacaq.

"Həm işəgötürənlərin, həm də işçilərin maraqlarını qorumaq bizim üçün vacibdir. Hökumət minimum əmək haqqının qarşılıqlı məqbul həllinə nail olmaq üçün səmimi addımlar atıb", - deyə R.T.Ərdoğan bildirib.

Bununla yanaşı, Türkiyə lideri hökumətin inflyasiya səviyyəsini azaltmaqda qətiyyətli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə inflyasiya bu aydan etibarən azalmağa başlayacaq: "2023-cü ilin ortalarında inflyasiya 30 faizə çatacaq, gələn ilin sonunda isə 20 faizə enəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti