...

Türkiyə yeni təbii qaz ehtiyatı tapıb

Dünya xəbərləri Materials 26 Dekabr 2022 21:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib: "Məlumatların təhlili nəticəsində daha əvvəl elan etdiyimiz 540 milyard kubmetrlik ehtiyatımız 652 milyard kubmetrə çatıb".

Türkiyə Prezidenti, ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti