Bakı. Trend:
ABŞ administrasiyası yeni hökumətin siyasi kursu ilə bağlı baş nazir Binyamin Netanyahu ilə danışıqlar aparmaq üçün prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanı İsrailə göndərməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Bildirilir ki, səfər yanvarın ortalarında baş tuta bilər. Sallivanın Netanyahu və İsrail Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri Tsaxi Haneqbi ilə görüşəcəyi gözlənilir. Bundan əlavə, Sallivan İsrailin strateji məsələlər naziri Ron Dermerlə də görüşəcək.
İsrail rəsmilərinin sözlərinə görə, Netanyahu İranın nüvə proqramına mane olmaq və Səudiyyə Ərəbistanı ilə sülh razılaşması əldə etmək üçün Bayden administrasiyası ilə işləmək istəyir.