...

İranın müdafiə nazirinin sabiq müavini edam olunub

Dünya xəbərləri Materials 14 Yanvar 2023 09:21 (UTC +04:00)
İranın müdafiə nazirinin sabiq müavini edam olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib.

Trend-in məlumatına görə, bu barədə İranın Məhkəmə Sistemi rəsmi şəkildə açıqlama yayıb.

Məlumata görə, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına təhvil verib. "O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb", - rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti