...

Bolqarıstan prezidenti parlamenti buraxıb

Dünya xəbərləri Materials 2 Fevral 2023 11:50 (UTC +04:00)
Bolqarıstan prezidenti parlamenti buraxıb

Bakı. Trend:

Bolqarıstan prezidenti Rumen Radev fevralın 3-də 48-ci Xalq Məclisinin buraxılması və aprelin 2-də parlament seçkilərinin keçirilməsinə dair fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti xəbər verib.

"Konstitusiya əsasında prezident Rumen Radev fevralın 3-də 48-ci Xalq Məclisinin buraxılmasına dair fərman imzalayıb. Dövlət başçısı aprelin 2-nə parlament seçkiləri təyin edib", - məlumatda deyilir.

Prezident fevralın 3-dən Qılıb Donevin rəhbərliyi ilə yeni texniki hakimiyyət təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti