...

Türkiyədə yol qəzasında 5 nəfər ölüb

Dünya xəbərləri Materials 5 Fevral 2023 04:33 (UTC +04:00)
Türkiyədə yol qəzasında 5 nəfər ölüb

Bakı. Trend:

Türkiyədə Çanaqqala-Bursa yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, minik və yük avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb. Onların arasında 5 yaşlı uşaq da var.

Hadisə yerinə çox sayda polis və həkim briqadaları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti