Bakı. Trend:
Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsindən məlumat verilib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat veirlməyib.