...

Cənubi Koreya 2022-ci ildə 17 milyard dollardan çox silah ixrac edib

Dünya xəbərləri Materials 6 Mart 2023 06:56 (UTC +04:00)
Cənubi Koreya 2022-ci ildə 17 milyard dollardan çox silah ixrac edib

Bakı. Trend:

Cənubi Koreyanın silah ixracı keçən il 140% artaraq rekord həddə - 17,33 milyard dollara çatıb.

Trend xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata əsasən, Ukraynada münaqişə başlayandan Cənubi Koreya hakimiyyəti sistemli şəkildə Kiyev hakimiyyətinə silah verməkdən imtina edir, bunun əvəzinə Seul diqqətini “dünyanın silah boşluğunu doldurmağa” cəmləyib.

Cənubi Koreya istehsalçıları ilə Varşava üçün tanklar, haubitsalar, döyüş təyyarələri və reaktiv yaylım atəşi sistemlərindən ibarət 12,4 milyard dollarlıq müqavilə ilə Polşa keçən il Cənubi Koreya silahlarının ən böyük müştərisi olub.

Qeyd edilir ki, Cənubi Koreya silahları bir çox Şərqi Avropa ölkələrinin diqqətini çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti