...

Niderlandlı tələbələr günəş panelləri ilə işləyən SUV layihəsini təqdim ediblər

Dünya xəbərləri Materials 11 Mart 2023 04:51 (UTC +04:00)
Niderlandlı tələbələr günəş panelləri ilə işləyən SUV layihəsini təqdim ediblər

Bakı. Trend:

Eyndhoven Texniki Universitetinin bir qrup tələbəsi günəş enerjisi ilə işləyən yolsuzluq avtomobili (SUV) layihəsini təqdim ediblər.

Trend xəbər verir ki, bu barədə “NL Times” informasiya portalı məlumat yayıb.

Layihə rəhbəri Wisse Bos bildirib ki, “avtomobil çətin yolsuzluq şəraitinin öhdəsindən gəlməyi bacarmalı, lakin günəş enerjisi ilə işləmək üçün kifayət qədər səmərəli və yüngül olmalıdır”.

Onun sözlərinə görə, layihənin məqsədi həm mobillik, həm də enerji baxımından dayanıqlı gələcəyə keçidi sürətləndirmək üçün mövcud bazarı və cəmiyyəti ruhlandırmaqdır. Avtomobilin yol sınaqları sentyabr ayına nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti